Avropa Liqasının II təsnifat mərhələsinin cavab matçında oyunsonrası penaltilərlə Bakının “İnter” klubunu məğlub edən Yunanıstanın “Asteras” klubunun baş məşqçisi Sakis Siolis Yunanıstan mətbuatına müsahibə verib. Qol.Az saytı müsahibəni təqdim edir.
- Oyunu necə dəyərləndirərdiniz?
- Bu gün bizim üçün tarixi bir gün oldu. Oyun çox çətin keçdi. İlk hissə bir qədər əsəbi temdə başladı. Yaxşı ki, tezliklə həmin vəziyyətdən çıxa bildik. Futbolçularımın nizam-intizamlı oyunu buna imkan verdi. İkinci hissədə isə daha yaxşı oynamağa və daha çox qol epizodları əldə etməyə başladıq. Nəticədə qol da vurduq. Təəssüf ki, son dəqiqələrdə müdafiədə ani diqqətsizliyə yol verib qapımızda qol gördük. Lakin oyunun sonrakı gedişində səhvə yol vermədik və oyunsonrası penaltilərlə qələbə qazanaraq, növbəti mərhələyə keçdik. “İnter” çox yaxşı komandadır. Çox xoşdur ki, bu cür güclü komandanı məğlubiyyətə uğratmağı bacardıq. Bu komandaya bundan sonrakı fəaliyyətində uğurlar arzulayıram.
- Qolu yenə hava mübarizəsi zamanı buraxdıq. Buna münasibətiniz?
- Futbolda buraxdığın səhvin qarşılığını mütləq ödəməlisən. Bizdə də bu gün belə oldu. Rəqibimiz hava toplarında yaxşı oynayırdı və gərək bu mənada diqqətli olardıq. Ola bilmədik, nəticədə qapımızda qol gördük.
- Azarkeşlərinizə nə deyərdiniz?
- Bu, bizim hamımızın qələbəsidir. Azarkeşlərimiz bizi gözəl dəstəklədilər və bunun üçün onlara öz minnətdarlığımı bildirirəm. Onlar da ən azı bizim qədər əsəb, həyəcan və stress keçirdilər. Ümumiyyətlə, “İnter”lə oyunu “final-triller” adlandırardım. Rayonu topun başına göndərəndə onun ən doğru seçim olduğuna əmin idim.
- Bundan sonrası üçün nə düşünürsünüz?
- Komandamız son mövsüm Yunanıstan çempionatında 6-cı pilləni tutdu, ölkə kubokunda isə final oynadı. Bizdə uğur qazanacağımıza inam var idi. 35 gündən çox bir müddətdə bu oyuna hazırlaşmışdıq. Son iki gündə bir daha “İnter”in oyunlarının kasetinə baxdım və rəqibi bir daha dərindən təhlil etdim. Hətta penaltilər üzərində də işləmişdik. Oyundan qabaq isə futbolçularıma bildirmişdim ki, elə təsəvvür edin, sanki müharibəyə çıxırıq. Bir sözlə, özümüzə və qələbəmizə inanırdıq. Bu mərhələni keçdik və bizi “Martitimo” ilə iki ağır oyun gözləyir. İnanıram ki, rəqibə layiqincə müqavimət göstərə biləcəyik.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi