“Bakı”nın yeni baş məşqçisi Bojidar Bandoviç "Bakı" TV-ə müsahibə verib.
- Komandaya yeni gəlmisiniz. Uyğunlaşma prosesi ilə bağlı çətinliklə üzləşmədiniz ki?
- Düzdür, komandaya yeni gəldiyimdən, hələ ki, oyunçuları tam tanımıram və tanımaqda davam edirəm. Amma uyğunlaşma məsələsində heç bir problem yoxdur.
- Bəs, hər hansı bir psixoloji gərginlik, sıxıntı necə?
- “Mura” ilə oyunu nəzərdə tutursunuzsa, bəli, heç birimiz komandadan bu cür çıxış gözləmirdik. Ancaq biz güclü olmalıyıq və bu gücümüzü hazırkı çətin vəziyyətdən çıxmaqla sübut etməliyik. Bu sözlər tək futbolçulara deyil, klub rəhbərliyindın tutmuş, adi işçiyə qədər, hamıya aiddir. Ümumiyyətlə, hansısa bir uğurdan sonra uğursuzluğa düçar olmaq çox pisdir. Ancaq bu,futboldu. Komanda udar da, uduzar da. Mənim istəyim odur ki, komandamızda stabillik olsun. Şəxsən baş məşqçi olaraq, qarşıma qoyduğum birinci məqsəd də budur.
- Növbəti mövsüm üçün komandadan nə gözləyə bilərik, qarşıya qoyulna minimum və maksimum vəzifələr?
- Hədəfləri müəyyənləşdirmək üçün ilk növbədə klubun prezidenti ilə görüşüb müzakirələr aparmalıyam. Hər bir məşqçi əlindən gələni edir ki, çalışdırdığı komanda üçün yaxşı olsun. Hər məqşçinin də öz oyun üslubu var. Ancaq tək kəlmə ilə onu deyə bilərəm ki, bizim görüləcək çox işimiz var.
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!
Enrike, Arteta...
"İnter" bu futbolçulardan imtina etdi
İran millisinin mundiala gedəcək yekun heyəti
Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər
UEFA rəhbərliyi hakimin qərarlarından razı qalıb
"Arsenal"ın yay planları bəlli oldu
Premyer Liqanın ən uğurlu transferi seçildi
İnyesta baş məşqçi təyin edildi!
TOP-10-a hansı Azərbaycan cüdoçuları düşdü?
La Liqaya son vəsiqə uğrunda onlar yarışacaqlar
FİFA-dan məşqçi və futbolçulara yeni - Qadağa