Azərbaycan milli komandasının və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim yenicə müqavilə bağladığı Türkiyənin “Karşıyaka” klubundan FİFA-ya şikayət edəcək.
Bu barədə 31 yaşlı yarımmüdafiəçi “Doğan” agentliyinə açıqlama verib.
Ramim klubun yeni baş məşqçisi Cihan Arslanın onu Bolu şəhərinə təlim-məşq toplantısına aparmamasını səbəb göstərib: “Azərbaycanda bir komanda ilə anlaşmaq üzrə olduğum halda, “Karşıyaka” ilə müqavilə imzaladım. Bu, uşaq oyuncağı deyil. Məşqlərə başladığım gündən qaçışla kifayətlənirəm. Fiziki hazırlığa daha çox üstünlük veririk. Topa ayağımız dəyməyib. Bu halda maraqlıdır, baş məşqçimiz mənim zəif futbolçu olduğumu necə anlayıb? Ortada rəsmi müqavilə var. Bu məsələni FİFA çözəcək”.
“Sambaçı” “Karşıyaka”dan müqaviləsində göstərilən 200 min dolların hamısını istəməyə hazırlaşdığını da açıqlayıb: “Mən Berti Foqtsun Azərbaycan milli komandasına seçdiyi futbolçuyam. Heç kimin məni bu formada alçaltmasına icazə vermərəm”.
lent.az
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!
Enrike, Arteta...
"İnter" bu futbolçulardan imtina etdi
İran millisinin mundiala gedəcək yekun heyəti
Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər
UEFA rəhbərliyi hakimin qərarlarından razı qalıb
"Arsenal"ın yay planları bəlli oldu
Premyer Liqanın ən uğurlu transferi seçildi
İnyesta baş məşqçi təyin edildi!
TOP-10-a hansı Azərbaycan cüdoçuları düşdü?
La Liqaya son vəsiqə uğrunda onlar yarışacaqlar
FİFA-dan məşqçi və futbolçulara yeni - Qadağa