2012/2013 mövsümündən etibarən icarə əsasında "Kayseri Erciyesspor"da çıxış edəcək Azərbaycan millisinin üzvü Cihan Özkara "Sumqayıt"la keçirilmiş yoxlama oyunundan sonra klubun rəsmi saytına müsahibə verib.
- "Kayseri Erciyesspor"a keçidin necə baş tutdu?
- Növbəti mövsümü icarə əsasında "Kayseri Erciyesspor"da keçirəcəyəm. Gənc olduğum üçün daimi oynaya biləcək bir kluba keçməyi düşünürdüm. Bu səbəbdən Kayseri təmsilçisindən təklif aldıqdan sonra düşünmədən qəbul etdim. Qarşıdakı bir il ərzində daha çox təcrübə toplayıb özümü sübut etmək istəyirəm. Açığı, "Sivasspor"da da qala bilərdim, lakin gələcəyi düşündüyüm üçün bu addımı atdım. Bir il ərzində Bank Asya 1-ci liqada özümü doğruldub yenidən Superliqaya qayıtmaq istəyirəm.
- Bir müddətdən sonra "DÇ-2014"ün seçmə mərhələsinin oyunları start götürəcək...
- Bəli, dediyiniz kimi iki aydan sonra "DÇ-2014"ün seçmə mərhələ oyunları başlayacaq. Millimiz qarşıdakı görüşlərə ən yaxşı şəkildə hazırlanır. Seçmə mərhələ oyunlarında özümüzü yaxşı tərəfdən göstərib daha çox xallar qazanmalıyıq. Qarşıda bizi Bəhreyn yığması ilə yoxlama oyunu gözləyir. Bu, seçmə mərhələ oyunları öncəsi son sınağımız olacaq. Doğma azarkeşlərimiz qarşısında Bəhreynlə keçiriləcək görüşdən mütləq qələbə ilə ayrılacağıq.
- 2:2 hesablı bərabərliklə başa çatan "Kayseri Erciyesspor"- "Sumqayıt" oyunu haqqında nə deyə bilərsən?
- Əvvəlcə qeyd edim ki, "Kayseri Erciyesspor"un təlim-məşq bazasına toplaşan azarkeşlər maraqlı oyunun şahidi oldular. Qarşılaşma bir az sərt məcrada keçsə də, hər iki komanda meydanda əllərindən gələni etdi. "Sumqayıt"la oyun bizim hazırlıq dövründəki ilk matçımız idi. Bəzi çatışmamazlıqlarımız var, amma tez bir zamanda bunları aradan qaldıracağımıza inanırıq.
- "Sumqayıt" klubu haqqında təəssüratların...
- İlk dəfə idi ki, Azərbaycan klubuna qarşı çıxış edirdim. Açığı, "Sumqayıt" klubundan bu cür oyun gözləmirdim. Olduqca yaxşı təsir bağışladılar. Heyətin əksəriyyəti gənclərdən təşkil olunub. Orxan Əliyev, Uğur Pamuk kimi futbolçular "Sumqayıt"ı daha üst pillələrə daşıyacaq. Klubunuza qarşıdakı Premyer Liqa oyunlarında uğurlar arzulayıram.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi