"Poznanda daha öncə də olmuşuq. Bu dəfə şəhərə iki gün öncə gəldik və artıq buranın iqliminə uyğunlaşmışıq. Cavab matçına yaxşı hazırlaşmışıq və inanıram ki, bu axşam nəhayət ki, "Lex"i məğlub edəcəyik".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Xəzər Lənkəran" klubunun baş məşqçisi Yunis Hüseynov "Lex"lə oyunöncəsi keçirilən mətbuat konfransında deyib.
Y.Hüseynov ikinci dəfə səfərdə qələbə qazanmaq istədiklərini bildirib: "Lex" səviyyəli komandadır. Onları yaxşı analiz etmişik. Rəqibin güclü və zəif cəhətlərini öyrənmişik. Bəziləri bizim rəqib meydanda güclü oynadığımızı söyləyirlər.
Düzdü, belə vəziyyətlə ilk dəfə deyil ki, üzləşirik. "Nomme Kalyu" ilə ilk oyunda qələbə qazana bilməmişdik - 2:2. Lakin səfərdən qalib ayrılmağı bacarmışdıq. Bunu Poznanda da təkrarlaya bilərik. Bilirik ki, "Lex" ilk dəqiqələrdən hücuma atılacaq və qol vurmağa çalışacaq. İlk görüşdə güclü yağış yağdı və bundan sonra rəqib hesabı bərabərləşdirdi.
Ancaq bu dəfə böyük ehtimalla, oyun isti hava şəraitində keçiriləcək. Biz də lazım olan nəticəni qazanmaq üçün əlimizdən gələni etməliyik. Hətta penaltilər seriyasına da hazırlaşmışıq. O ki, qaldı azarkeş dəstəyinə, belə düşünürəm ki, bizim üçün belə ab-havada oynamaq əlavə zövq verəcək. Start heyəti barədə indi nəsə deyə bilmərəm. Yalnız oyundan əvvəl tam müəyyənləşəcək".
Qeyd edək ki, "Lex" - "Xəzər Lənkəran" oyunu bu axşam, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi