Avropa Liqasının II təsmifat mərhələsinin cavab oyunu çərçivəsində sabah "Xəzər Lənkəran"ı qəbul edəcək Polşanın "Lex" klubunun baş məşqçisi Marius Rumak görüşlə bağlı fikirlərini bölüşüb.
Qol.Az-ın məlumatına görə, Polşa mətbuatına danışan M.Rumak "Xəzər Lənkəran"ın təhlükəli rəqib olduğunu bildirib:
"İlk oyundan 1:1 hesablı bərabərliklə ayrıldıq. Belə götürəndə bu nəticə bizi qane edir. Ancaq "Xəzər Lənkəran" təhlükəli rəqibdir. Onlara qarşı cavab matçında diqqətli oynamalıyıq. Rəqibimiz topu özündə yaxşı saxlayır və əks hücuma sürətlə çıxır.
Bu oyuna yaxşı hazırlaşmışıq. Ümid edirəm ki, "Xəzər Lənkəran"la oyundan istədiyimiz nəticə ilə ayrılacağıq. Lənkəranda keçirilən görüşdə gənc futbolçu Hubert Volakyeviçin oyununu bəyəndim. Bu futbolçu oyunboyu hərəkətdə idi. İnanıram ki, Volakyeviç sabah da "Xəzər Lənkəran"a çətin anlar yaşadacaq".
Qeyd edək ki, "Lex" - "Xəzər Lənkəran" matçı sabah, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!
Enrike, Arteta...
"İnter" bu futbolçulardan imtina etdi
İran millisinin mundiala gedəcək yekun heyəti
Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər
UEFA rəhbərliyi hakimin qərarlarından razı qalıb
"Arsenal"ın yay planları bəlli oldu
Premyer Liqanın ən uğurlu transferi seçildi
İnyesta baş məşqçi təyin edildi!
TOP-10-a hansı Azərbaycan cüdoçuları düşdü?
La Liqaya son vəsiqə uğrunda onlar yarışacaqlar