“İnter”in hücumçusu Tales Şütz "Asteras Tripolis"lə oyunöncəsi klubun rəsmi saytına müsahibə verib.
- "Asteras Tripolis"ə qarşı baş tutmuş birinci qarşılaşma 1:1 hesabıyla başa çatdı və artıq sabah komandalar arasında cavab görüşü keçiriləcək. Sizcə, "İnter" növbəti mərhələyə vəsiqə qazana biləcəkmi?
- İlk görüş artıq arxada qalıb və biz Bakıda keçirilmiş qarşılaşmanın nəticəsini unudub cavab oyuna hazırlaşırıq. "Asteras Tripolis" çox yaxşı təşkil olunmuş komandadır və biz onlara hörmət edirik. Rəqib həqiqətən də çox güclüdür. Amma hədəfimiz dəyişilməz olaraq qalır. Biz qələbə qazanıb növbəti mərhələyə vəsiqə əldə etmək istəyirik. Yunanıstana qələbə dalınca gəlmişik.
- İlk matçda fərqlənməyi bacarmısan. Necə düşünürsən, cavab qarşılaşmasında da "Asteras Tripolis"in qapısına yol tapmaq mümkün olacaqmı?
- Hücumçunun əsas vəzifəsi qol vurmaqdır. Birinci matçda mən bunu bacardım və buna görə çox sevinirəm. Təbii ki, cavab qarşılaşmada da qol vurub komandamın qələbəsində pay sahibi olmaq istəyirəm.
- Yunanıstan klubunda kifayət qədər səviyəli və təcrübəli futbolçular var. Səncə, sabahkı matçda bu oyunçulardan hansı "İnter" üçün daha təhlükəli ola bilər?
- Rəqibin həyətində hansısa futbolçunu fərqləndirmək istəməzdim. Yunanıstan klubunun heyətində oynayan bütün futbolçuların yaxşı keyfiyyətləri var. Bu komandanın heyətində çıxış edən hər bir oyunçuya qarşı diqqətlə oynamalıyıq.
- Yeri gəlmişkən, Yunanıstan azarkeşləri hər zaman komandalarını fəal şəkildə dəstəkliyirlər. Tripolis stadionundakı atmosfer "İnter"ə necə təsir göstərəcək?
- Stadiondakı atmosfer bizi qorxutmur, əksinə daha da stimullaşdırır və motivasiyanı artırır. Biz öz futbolumuzu ortaya qoyub növbəti mərhələyə vəsiqə əldə etməliyik.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi