"Simurq" Superliqa təmsilçisi ilə sülhə razılaşdı

"Simurq" Superliqa təmsilçisi ilə sülhə razılaşdı
XƏBƏR 25 İyul 2012 / 02:48 1896
-  A +

"Simurq" klubu yeni mövsümə hazırlıq çərçivəsində Avstriyada növbəti yoxlama görüşünə çıxıb.

Qol.Az-ın məlumatına görə, Türkiyə Superliqasına yeni vəsiqə qazanmış "Akhisar Bələdiyəspor"la qarşılaşan komanda meydanı 1:1 hesablı heç-heçə ilə tərk edib.

"Sarı-qaralar"ın yeganə qolunu matçın 85-ci dəqiqəsində Aleksandr Şimonayev vurub.

Qeyd edək ki, "Simurq"un prezidenti Anar Bəkirov və vitse-prezidenti Aydın Rizayevdə matçı izləyənlər arasında olub. Zaqatala təmsilçisi növbəti yoxlama görüşünü iyulun 27-də keçirdəcək.

 

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner