Azərbaycanlı azarkeşlər Zestafoni stadionunda (FOTO)

Azərbaycanlı azarkeşlər Zestafoni stadionunda (FOTO)
XƏBƏR 24 İyul 2012 / 21:41 3168
-  A +

Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçı çərçivəsində Gürcüstanın Zestafoni şəhərində keçirilən “Zestafoni”-“Neftçi” matçını 200-ə yaxın azərbaycanlı azarkeş də izləyəcək.
 
Qol.Az-ın məlumatına görə, Bakıdan getmiş “Neftçi” fanatları artıq arenaya buraxılıblar və onlar üçün ayrılmış tribunadan öz yerlərini tutublar. Sayları isə təxminən 150-ə yaxındı.

Bundan başqa, Tbilisidə və eləcə də Gürcüstanın digər şəhərlərində yaşayan azərbaycanlılar da komandamızı dəstəkləmək üçün Zestafoniyə gəliblər. Ümumilikdə azərbaycanlı azarkeşlərin sayı 200-ə yaxındır.

Son xəbərlər