Zestafonidə azərbaycanlı jurnalistlərin stadiona girişinə maneə yaradıldı

XƏBƏR 24 İyul 2012 / 21:25 2381
-  A +

Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçı çərçivəsində “Zestafoni”- “Neftçi” matçını işıqlandırmaq üçün qonşu ölkəyə yollanan azərbaycanlı jurnalistlər problemlə üzləşib.
 
Qol.Az-ın məlumatına görə, yerli klubun mühafizə xidməti və stadion əməkdaşları həmyerlilərimizin içəri keçməsinə problem yaradıblar.
 
Onlar jurnalistləri təxminən 15-20 dəqiqə qapı arxasında saxlayıblar. Yalnız “Neftçi” rəsmiləri işə qarışandan sonra məsələ müsbət həllini tapıb və azərbaycanlı jurnalistlər arenaya buraxılıb.

Son xəbərlər