İyulun 26-da Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Xəzər Lənkəran”ı qəbul edəcək Polşanın “Lex” klubunun futbolçusu İvan Djurdjeviç ölkəsinin mətbuatına müsahibə verib. Qol.Az saytı müsahibəni təqdim edir:
- "Xəzər Lənkəran"la cavab matçına hazırlıq necə gedir?
- Əla. Komandada ab-hava da yüksək səviyyədədir. Hər kəs bu oyuna yüksək motivasiya ilə hazırlaşır. İlk görüşdən 1:1 hesablı bərabərliklə ayrılmışıq. Ona görə də düşünürəm ki, növbəti mərhələyə keçən tərəf məhz biz olacağıq.
- Təbii ki, səfərdən 1:1 hesabı ilə ayrılmaq yaxşı nəticədir. Ancaq xatırlayırsansa, iki il öncə Azərbaycanın digər təmsilçisi "İnter"i səfərdə 1:0 hesabı ilə məğlub etmişdik. Bununla belə, cavab matçı çox ağır keçdi və biz yalnız penaltilər seriyasında qalib gələ bildik...
- Bəli. Bu oyunu çox yaxşı xatırlayıram. Həmin vaxt mən də "Lex"in şərəfini qoruyurdum. Ancaq hazırda biz həmin oyunu deyil, "Xəzər Lənkəran"la matçı düşünürük. Qarşıda bizi daha gərgin 90 dəqiqə gözləyir. Bu dəfə daha yaxşı oynayıb, həmin səhvi təkrarlamamalıyıq. Buna görə də "Xəzər Lənkəran"a erkən qol vurmalıyıq ki, daha rahat oynayaq.
- Belə aydın olur ki, "Xəzər Lənkəran"a qarşı hücum futbolu nümayiş etdirəcəksiniz...
- Bu daha çox baş məşqçidən asılı olacaq. O hansı taktikaya üstünlük verərsə, o cür də çıxış edəcəyik. Bilirik ki, doğma meydanda bizi xeyli azarkeş dəstəkləyəcək. Biz də onları narazı sala bilmərik. Bu baxımdan böyük ehtimalla hücum oynayaraq qol vurmağa çalışacağıq. Ancaq rəqibə qarşı ehtiyatlı oynamalıyıq. Çünki "Xəzər Lənkəran" ilk oyunda özünü yaxşı tərəfdən göstərə bildi. Onlar topla gözəl davranırdılar. Əsasən də standart vəziyyətlərdən. Ona görə hücuma hamılıqla atılmayacağıq.
- İlk oyunda "xəzər Lənkəran" sizi əsasən nə ilə təəccübləndirdi?
- Bilirdik ki, Lənkəranda bizi böyük ajiotaj gözləyir. Buna görə də matçın ilk dəqiqələri çətin keçdi. Müdafiənin səhvindən erkən qol buraxdıq. Ancaq yaxşı ki, tezliklə özümüzü toparladıq və hesabı bərabərləşdirə bildik. Düşünürəm ki, bu nəticə cavab matçı üçün yetərli olacaq. "Xəzər Lənkəran" ilk oyunda yaxşı oynadı və bizi təəccübləndirdi. Onlar topu özlərində yaxşı saxlayır və təhlükəli hücumlar təşkil edirdilər. Lakin deməzdim ki, "Xəzər Lənkəran" məni çox təəccübləndirdi. Sadəcə olaraq Lənkəran təmsilçisi 4 il öncə qarşılaşdığımız "Xəzər Lənkəran"dan daha güclü komanda təsiri bağışladı.
- Azarkeşlər yenə də sizdən Avropada uğurlu çıxış gözləyir. Komandanın bu mövsüm üçün əsas hədəfi nədir?
- Azarkeşlərimiz çox tələbkardılar. Onları başa düşürəm. "Lex" böyük komandadır və buna görə də bizdən çox şey tələb olunur. Təbii ki, biz də Avropa Liqasında mümkün qədər uzağa getmək istəyirik. Ancaq hələlik yalnız "Xəzər Lənkəran"la oyun haqda düşünürük. İnanıram ki, bu mövsüm Avropada daha böyük uğur qazanacağıq.
- Növbəti mərhələdəki potensial rəqibləriniz haqda nə deyə bilərsən. Komanda "Xəzər Lənkəran" səddini keçəcəyi təqdirdə AIK (İsveç) - "Hafnarfyordur" (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq.
- Etiraf edirəm ki, potensial rəiblərimiz haqda heç bir məlumatım yoxdu. Çünki hələlik yalnız "Xəzər Lənkəran"la oyunu düşünürük. Ancaq bu mərhələni keçsək, rəqibimiz haqda rahat danışa bilərəm. Bizim azarkeşlərimiz Azərbaycanda və Qazaxıstanda da bizi tək qoymadılar. Ancaq ümid edirəm ki, növbəti mərhələyə adlasaq, bizi daha böyük azarkeş kütləsi dəstəkləyəcək. Bununla belə, növbəti mərhələyə hansı komandanın adlayacağını deyə bilmərəm. "Xəzər Lənkəran"a hörmətlə yanaşırıq.
Premyer Liqada ən çox qol epizodunu onlar yaratdı
"Real" sabiq futbolçusunu geri qaytarır
Alman klubu "Mançester Siti"nin hücumçusu ilə maraqlanır
Avropada ən çox driblinqi kim edib?
İngiltərə klubunun sabiq futbolçusu vəfat etdi
"Bornmut"un müdafiəçisi nəhəng klubların hədəfində
"Difai"nin 5 qollu qələbəsindən - Video
Keyn, Haaland, Mbappe...
"Fənərbaxça" Şimanski ilə sağollaşır?
"Barselona" İngiltərə klubunun futbolçusuna göz dikdi
Mbappe də Mərakeşə yollanır
"Turan Tovuz"un qış hazırlıq planı müəyyənləşdi
"Karvan-Yevlax" legioneri ilə yollarını ayırdı
Maradonanın cırılmış forması rekord məbləğə satıldı
"Milan"ın çempion olmağı çətin görünür"
1-ci liqada ilin son oyunları keçirildi
İlin ən yaxşı qadın hakimləri - Siyahı
Qara Qarayev "Araz-Naxçıvan"la müqaviləsini ləğv etdi
“Barselona”nın transfer planı
Dünyanın ən bahalı heyətə malik klubları
İdmançılar təltif edildi - Prezidentdən Sərəncam
Bekhemlər ailəsində qalmaqal - Ata-anasını blokladı
Kurtuaya 90 milyonluq təklif
Afrika Millətlər Kubokuna qələbə ilə başladılar - Video
"Atletiko" onu icarəyə verdi
Futbolçu oyun zamanı vəfat etdi
PSJ-nin gözü “Real”ın futbolçusunda
Azərbaycanda futbolçular arasında dava düşdü - Video
Dünyanın ən bahalı idman klubu yenə onlar oldu
"Zirə"nin futbolçusu Millətlər Liqası oyununa çıxdı
"Tottenhem"in kapitanı cəzalı vəziyyətə düşdü
"Fənərbaxça" klubunun prezidenti saxlanıldı
Zidan oğlunu Mərakeşdə tribunadan izlədi
"Ronaldo Portuqaliya yığmasının əvəzolunmaz oyunçusudur"
“Çelsi”nin iki futbolçusu zədəsini sağaltdı
"Marsel"in hücumçusu İtaliya klubuna doğru yol aldı
"Atletiko"dan digər ispan klubuna keçdi
"Mançester Yunayted"də itkilər var
“Fənərbaxça” heyətini ilk onunla gücləndirəcək
“Neftçi” daha bir legioner ala bilər
"Karvan-Yevlax"ın qış hazırlıq planı bəlli oldu
Bu şəhərdə bütün futbol matçları təxirə salındı