"Qəbələ"nin baş məşqçisi Fatih Kavlak Sloveniyada baş tutan dördüncü yoxlama oyunundan – Serbiya təmsilçisi “BSK Borça” ilə (1:2) qarşılaşmadan sonra fikirlərini bölüşüb.
Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına danışan türkiyəli mütəxəssis məğlubiyyətə baxmayaraq, komandada xeyli irəlililəyişin olduğunu bildirib:
“Çempionatın başlamasına qısa müddət qalıb. Biz də artıq hazırlıqlarımızı yekunlaşdırmaq üzrəyik. Buraya gəldiyimiz ilk günlə müqayisədə komandada xeyli irəliləyiş var. Təbii ki, bununla yanaşı səhvlərimiz də yox deyil. Xüsusilə də artıq qalib gəlməyə öyrəşməyimiz lazımdır. Qol vurduqdan sonra qələbəni qorumaq vacibdir.
Son iki matçda hesabda irəli çıxsaq da, üstünlüyümüzü sona kimi davam etdirə bilmədik. Amma komandanın potensialını nəzərə alsaq, bu aradan qaldırıla biləcək səhvlərdir. Son bir yoxlama oyunumuz qalıb. O qarşılaşmada bir daha komandanı gözdən keçirib çempionata start verəcəyik".
Baş məşqçi çempionatın açılış oyununda – “Simurq”la matçda forma geyəcək futbolçuların çox hissəsinin müəyyənləşdiyini bildirib:
“Artıq demək olar ki, 10 gün sonra “Simurq”la qarşılaşmada forma geyəcək futbolçuların çox hissəsi dəqiqləşib. Amma qarşıda hələ müəyyən vaxt kəsiyi var. Bu zaman ərzində tam heyəti formalaşdıracağıq. 11-likdən kənar qalacaq futbolçuların performansından da razıyam. Yəni onlar da istənilən vaxt meydançaya çıxmaq gücündədirlər.
Artıq komplektləşmiş bir komandayıq. Burada keçirdiyimiz heç bir oyunda bir 11-lik 90 dəqiqə mübarizə aparmayıb. Çoxlu əvəzetmələr etmişik ki, bu da komandanın balansını pozub və sözügedən hal nəticəyə təsir edib. Əslində yoxlama matçlarında çoxlu əvəzetmələr etməkdə məqsədimiz də məhz belə halları əvvəlcədən görüb onların həll yollarını tapmaq, səhvləri vaxtında aradan qaldırmaqdır”.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi