"Xəzər Lənkəran"ın rəqibi "Olimpiakos"a uduzdu

"Xəzər Lənkəran"ın rəqibi "Olimpiakos"a uduzdu
XƏBƏR 24 İyul 2012 / 00:18 2514
-  A +

Avropa Liqasının II təsnifat mərhələsinin cavab matçı çərçivəsində iyulun 26-da evdə "Xəzər Lənkəran"ı qəbul edəcək Polşanın "Lex" klubu ötən gün yoxlama matçında qüvvəsini sınayıb.

Qol.Az-ın məlumatına görə, Poznan təmsilçisi Kiprin "Olimpiakos" klubu ilə qarşılaşıb.

Görüş "Lex"in məğlubiyyəti ilə başa çatıb. Fasiləyə 0:1 hesabı ilə məğlub yollanan "Lex" ikinci hissədə də oyunda dönüş yarada bilməyib - 1:3.

Qeyd edək ki, "Lex" - "Xəzər Lənkəran" görüşü iyulun 26-da Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu komandalar arasında Lənkəranda baş tutmuş ilk oyun isə 1:1 hesabı ilə nəticələnmişdi.

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner