Çempionlar Liqasının II təsifat mərhələsində iyulun 24-də "Neftçi"ni qəbul edəcək Gürcüstanın "Zestafoni" klubunun futbolçusu Caba Dvali qarşıdakı oyunla bağlı fikirlərini bölüşüb.
Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına danışan Dvali növbəti mərhələyə keçəcəklərinə inandığını bildirib:
"İlk görüşdə rəqibə 0:3 hesabı ilə məğlub olduq. Buna görə də cavab matçı heç də asan olmayacaq. Ancaq ümidimizi itirmirik. Sadəcə özünəinam və bir qədər bəxt olsa, hər şey mümkündür.
Artıq cavab matçında səhv edə bilmərik. Bilirəm ki, ilk oyunun nəticəsinə görə azarkeşlər stadiona gəlmək istəməyəcəklər. Təbii ki, mən də onları məcbur edə bilmərəm. Ancaq ümid edirəm ki, stadionda izdiham olacaq".
Qeyd edək ki, "Zestafoni" - "Neftçi" matçı iyulun 24-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!
Enrike, Arteta...