"Qalatasaray" Berbatovla danışıqlara başladı

"Qalatasaray" Berbatovla danışıqlara başladı
XƏBƏR 21 İyul 2012 / 16:34 2478
-  A +

Son Türkiyə çempionu "Qalatasaray" klubu daha bir ulduz futbolçunu heyətinə qatmağı planlaşdırır.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Cim Bom" "Mançester Yunayted"in hücumçusu Dimitar Berbatov transfer etməyə yaxındır.

Bu barədə açıqlama verən "Qalatasaray"ın vitse-prezidenti Refik Arkan Berbatovla danışıqlara başladıqlarını bildirib: "Artıq Berbatovla danışıqlara başlamışıq. Bizə dünya səviyyəli bir hücumçu lazımdı. Berbatov da bu oyunçulardan biridir. Hətta klubun prezidenti də bu transferlə yaxından maraqlanır".

Qeyd edək ki, 2008-ci ildən "Mançester Yunayted"də çıxış edən Berbatov keçirdiyi 107 oyunda 48 dəfə rəqib qapılarına yol tapıb.

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner