Yeni mövsümdən Çempionlar Liqasında mübarizə aparacaq Türkiyənin "Fənərbaxça" klubu transfer çalışmalarını davam etdirir.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "sarı lacivərdli" komanda "Lion"un hücumçusu Bafetimbi Qomisi heyətinə qatmaq niyyətindədir.
İstanbul təmsilçisi fransız futbolçunun transferi üçün "Lion"a 7 milyon avro təklif edib. Ancaq Rusiyanın "Rubin" (Kazan) klubunun da Qomisin keçidi üçün 8 milyon avro xərcləməyə razı olması "Fənərbaxça"nın işini çətinə salıb. Bununla belə, Qomis daha öncə verdiyi açıqlamasında Rusiyaya getmək istəmədiyini bildirib.
Qeyd edək ki, 2009-cu ildən "Lion"da çıxış edən 26 yaşlı futbolçu keçirdiyi 54 oyunda 24 qola imza atıb.
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!