Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Beşiktaş" klubu daha bir futbolçuya "elçi" düşüb.
Qol.Az-ın "Daily Mail"ə istinadən verdiyi məlumata görə, "qara qartal" "Arsenal"ın hücumçusu Maruan Şamakı icarəyə götürməyi planlaşdırır.
İstanbul təmsilçisi mərakeşli futbolçunun transferi üçün 4 milyon funt-sterlinq ödəməyə hazırdı. "Arsenal"ın əsas heyətindən kənarda qalan Şamakın da "Beşiktaş"ın təklifini müsbət qarşıladığı bildirilir. Lakin London təmsilçisi hələlik bu təklifə cavab verməyib.
Qeyd edək ki, 2010-cu ildən "Arsenal"ın şərəfini qoruyan Şamak keçirdiyi 40 oyunda 8 qola imza atıb.
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!