Türkiyədə daha bir Azərbaycan dueli

XƏBƏR 21 İyul 2012 / 10:27 2350
-  A +


Ağdamın "Qarabağ" klubu Boluda hazırlıqlarını davam etdirir.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən gün komandanın proqramında 1 məşq vardı.

Axşam saat 18:30-da başlayan məşq 90 dəqiqə davam edib. Məşqdə Bəxtiyar Soltanov və Rauf Əliev fizioterapevt nəzarətində çalışıb.
 
Bu gün isə komanda daha bir yoxlama oyunu keçirməyi planlaşdırırır. "Qarabağ"ın rəqibi paytaxtın AZAL klubu olacaq. Görüş yerli vaxtla 17:30-da başlayacaq.

Son xəbərlər