“Xəzər Lənkəran” klubunun baş məşqçisi Yunis Hüseynov Avropa Liqasının üçüncü təsnifat mərhələsinin bu gün keçirilən püşkünün nəticəsini dəyərləndirib.
Qeyd edək ki, püşlün nəticəsinə əsasən, “Xəzər Lənkəran” “Lex”i keçsə, o zaman AİK (İsveç) – “Hafnarfyordur” (İslandiya) cütünün (ilk oyun 1:1) qalibiylə qarşılaşacaq.
Y.Hüseynov Qol.Az saytına bildirib ki, ilk əvvəl onlar “Lex” səddini keçməlidirlər: “Yalnız bundan sonra digər rəqiblər haqda söhbət etmək olar. Lakin mən hər zaman demişəm ki, zəif rəqib olmur. Təki biz “Lex”i keçək, sonra kimin bizimlə düşməsinin fərqi yoxdur. Hər halda növbəti mərhələyə adlasaq, yəqin ki, rəqibimiz AİK olacaq”.
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!