“Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov Avropa Liqasının III təsnifat mərhələsinin püşkünün nəticəsinə münasibət bildirib.
T.Nadirov Lent.az-a açıqlamasında hələlik AİK (İsveç) – “Hafnarfyordur” (İslandiya) cütü barədə düşünmədiklərini söyləyib.
Onun sözlərinə görə, hazırda əsas məqsədləri Polşa “Lex”ini mübarizədən kənarlaşdırmaqdır: “Biz ilk növbədə, Polşa komandasını üstələməliyik. “Lex”i keçə bilsək, AİK – “Hafnarfyordur” cütünün qalibini də yenmək asandır”.
Qeyd edək ki, “Xəzər Lənkəran” Avroliqanın II təsnifat mərhələsində “Lex”lə ev oyunundan heç-heçə ilə ayrılıb – 1:1. AİK - “Hafnarfyordur” matçı da eyni hesabla nəticələnib. Cavab görüşü iyulun 26-da olacaq.
Alleqri cəzalandırıldı
Yamal "Barselona"nın ÇL matçını da buraxacaq
"Liverpul"la "Mançester Siti" onu hədəflədilər
"Qarabağ" "Benfika" ilə oyuna bu heyətlə çıxır
Millimiz Moldovaya qalib gəldi
"Göygöl"dən qələbə, "Qaradağ Lökbatan"dan darmadağın
Məşqçisi olduğu ən yaxşı futbolçuları açıqladı
“Barselona” bəyanat yaydı