“Hələ növbəti mərhələ haqqında düşünmək çox tezdi. Bu dəqiqə beynimizdə “Lex”lə cavab matçıdır. Qarşıda bizi ağır oyun gözləyir. “Lex”i keçək, sonra növbəti mərhələ haqqında fikirləşərik”.
Bu sözləri Qol.Az-a açıqlamasında “Xəzər Lənkəran”ın rumıniyalı futbolçusu Adrian Pit deyib.
O, bu gün keçirilən Avropa Liqasının III mərhələsinin püşkünü dəyərləndirərək, “Xəzər Lənkəran”ın potensial rəqibləri haqqında da danışıb: “AİK İsveç futbolunu təmsil edir. İsveç futbolunun səviyyəsi isə hamıya məlumdur. Təbii ki, bu mənada “Hafnarfyordur” AİK-lə müqayisədə daha münasib rəqibdi. Ancaq əgər onlar mərhələni keçsələr, deməli güclü rəqibdilər. Bir daha deyirəm, hələ “Lex”i keçək, sonra digər mərhələ haqqında danışaq”.
Qeyd edək ki, “Xəzər Lənkəran” “Lex” səddini keçərsə, növbəti mərhələdə AİK (İsveç) / "Hafnarfyordur" (İslandiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Alleqri cəzalandırıldı
Yamal "Barselona"nın ÇL matçını da buraxacaq
"Liverpul"la "Mançester Siti" onu hədəflədilər
"Qarabağ" "Benfika" ilə oyuna bu heyətlə çıxır
Millimiz Moldovaya qalib gəldi
"Göygöl"dən qələbə, "Qaradağ Lökbatan"dan darmadağın
Məşqçisi olduğu ən yaxşı futbolçuları açıqladı
“Barselona” bəyanat yaydı