Türkiyənin "Fənərbaxça" klubu daha bir ulduz futbolçunu transfer etməyi planlaşdırır.
Qol.Az-ın "Football İtalia"a istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisi "İnter"in yarımmüdafiəçisi Uesli Sneyderə "elçi" düşüb.
Yeni mövsümdən Çempionlar Liqasında mübarizə aparacaq "Fənərbaxça" klubunun baş məşqçisi Aykut Kocaman Dirk Kuytla yanaşı Sneyderi də komandasında görmək istəyir. Lakin "İnter"in hollandiyalı futbolçunun transferi üçün "Fənərbaxça"dan nə qədər pul tələb edəcəyi məlum deyil. Tərəflər razılığa gələcəyi təqdirdə Sneyder yeni mövsümdən Türkiyə Superliqasında çıxış edəcək.
Qeyd edək ki, 2009-cu ildən "İnter"də çıxış edən Sneyder keçirdiyi 71 oyunda 12 qola imza atıb.
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!