«Biz eyforiyaya qapılıb Çempionlar Liqasında bundan sonrakı mərhələni fikirləşməməliyik. Çünki qarşıda «Neftçi»ni hələ «Zestafoni» ilə cavab oyunu gözləyir».
Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri «Neftçi»nin vitse-prezidenti Tahir Süleymanov deyib.
Qeyd edək ki, bu gün UEFA-da keçirilən püşkatma mərasimində «Neftçi»nin potensial rəqibi müəyyənləşib. Əgər Azərbaycan çempionu ilk oyunda 3:0 hesabıyla məğlub etdiyi Gürcüstanın «Zestafoni» komandasını keçərsə, o zaman Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Jilina" (Slovakiya) - "İrona Kiryat" (İsrail) cütünün (ilk oyun - 1:0) qalibi ilə görüşəcək.
«Biz hazırda ancaq və ancaq Gürcüstandakı cavab oyununu fikirləşirik. Slovakiya və İsrail komandaları haqda düşünmürük. Hələ bu mərhələni keçək, sonra danışarıq. Necə deyərlər, arxı tullanmamış, hop deməzlər. Qısaca olaraq, onu deyə bilərəm ki, «Neftçi» üçün rəqibin kimliyi maraqlı deyil. Biz istənilən komandayla oynamağa qadirik» - deyə T.Süleymanov bildirib.
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!