“Qəbələ” dedikdə ilk ağla gələn futbolçulardan biri də Dodo olur. Meydançada və meydançadan kənardakı hərəkətləri ilə bütün “Qəbələ”sevərlərin məhəbbətini qazanan braziliyalı Sloveniyada baş tutan təlim-məşq prosesi zamanı zədə ucbatından qısa müddətlik meydançadan kənar qalsa da, yenidən işinin başına qayıdıb. Hər zaman çılğın və simpatik hərəkətləri ilə komandaya müsbət enerji verən Dodo klubun rəsmi saytına müsahibə verib.
- Bir neçə gün zədəyə görə məşqlərdən kənar qaldın. İndi özünü necə hiss edirsən?
- Hər şey qaydasındadır. Özümü yaxşı hiss edirəm. Qısa fasilədən sonra yenidən komandaya qayıtmaq, meydançaya çıxmaq sevindiricidir. Buradakı atmosfer psixoloji cəhətdən də mənə müsbət təsir edir. Bir sözlə hər şey əladır.
- Qısa müddət də olsa meydançadan kənar qalmaq, komandanı kənardan izləmək sənə necə təsir edirdi?
- Futbol mənim üçün sadəcə iş deyil, futbol həyat tərzimdir. Ona görə futboldan az müddət də olsa kənar qalmaq mənə ağır gəlir. Məşq etməyi, çalışmağı sevirəm. Komandadan kənar qalmaq çox çətin və sıxıcı idi. Yaxşı başa düşürəm ki, məşqlərə ara vermək futbolçuya, nəticədə isə komandaya mənfi təsir göstərir. Artıq məşqlərə başlamışam. Bu, mənim üçün yenidən doğulmaq kimidir.
- Qarşıda “Qəbələ”ni çətin marafon gözləyir. Özünü fiziki və psixoloji cəhətdən çempionata hazır hesab edirsən?
- Çempionatın bitməsindən sonra məşqlərə bir aydan artıq ara verməyimə baxmayaraq, fiziki baxımdan yaxşı durumdayam. Bütün fiziki testlərdən də uğurla keçmişəm. O ki qaldı psixoloji duruma özümü çox rahat hiss edirəm. Klub rəhbərliyi arxamızdadır, daim bizi diqqət mərkəzində saxlayırlar, problemlərimizlə maraqlanırlar, bizi darıxmağa, sıxılmağa qoymurlar. Ailəmdə də vəziyyət yaxşı olduğuna görə bütün diiqətimi futbola yönəltmişəm.
- Hazırlıq prosesi necə gedir? Fikrincə, komanda çempionatın startına kimi tam hazır olacaq?
- Hazırlıq prosesi yüksək tempdə davam edir. Kollektivdə yüksək əhval-ruhiyyə hökm sürür. Gündəlik məşqlərimizi izləyərək bunun şahidi ola bilərsiniz. Hər gün biraz daha müsbətə doğru irəliləyiş olur. Artıq Sloveniyada iki yoxlama oyununda gücümüzü sınamışıq. Düzdür, hər iki oyunda məğlub olduq. Amma indiki vəziyyətdə belə nəticələri normal saymaq olar. Komandada yeni futbolçular var və onların heyətə uyğunlaşması üçün müəyyən zamanın keçməsi mütləqdir. Əminəm ki, çempionatın startına kimi istədiyimiz hazırlıq səviyyəsini yaxalayacağıq.
- Arxada qoyduğumuz mövsümdə komandanın liderlərindən idin. Səncə, növbəti futbol ilində də komandanı arxanca apara biləcəksənmi?
- Futbol komanda oyunudur. Əgər keçən il hər hansı uğurum olubsa, bunu kollektivə görə qazanmışam. Oyunumun yaxşı alınmasında hər bir futbolçunun, məşqçilər korpusunun əməyi var. İnanıram ki, növbəti mövsümdə gücümüzü ortaya qoyub istədiyimiz nəticələri qazanacağıq. Mən bunun üçün əlimdən gələnin 100 faizini ortaya qoyacam.
- Komandaya bir neçə yeni futbolçu cəlb olundu. Fikrincə, yeni transferlər komandaya hədəflərinə çatmaqda yardımçı ola biləcəkmi?
- Buna şübhəm yoxdur. Yeni transferlər komandadakı boşluqları doldurdular. Xüsusən müdafiə xəttimiz çox gücləndi. Qalır bircə komplektləşmək. Hamılıqla çalışıb bu missiyanın da öhdəsindən layiqincə gələcəyik.
"Komo" "Milan"dan 16 yaşlı hücumçunu aldı
"Atletiko"nun sabiq oyunçusu "Turan Tovuz"da - Rəsmi
"Qarabağ" növbəti transferini açıqladı - Rəsmi
"Beşiktaş" onu azad agent kimi transfer edir
"Araz-Naxçıvan" "Alanyaspor"la bərabərə qaldı
"Şamaxı"dan daha bir transfer - Rəsmi
İbrahim Şehiçi transfer etdilər
"Sumqayıt" yeni transferini açıqladı - Yenilənib
A seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yeniləndi
"Fənərbaxça" 18 yaşlı futbolçu transfer etdi
"Turan Tovuz" onu da göndərdi
Henderson yenidən Premyer Liqada
Azərbaycan millisinin üzvü “Sabah”la müqaviləsini ləğv etdi
Araz Abdullayevin yeni klubu - Rəsmi
1-ci liqanın başlama tarixi məlum oldu
"Sumqayıt"da növbəti ayrılıq
"Bayer"in yeni səfər formaları - Şəkillər
Cicanın transferini açıqladılar
Özbək hücumçunun İstanbul klubuna keçidi rəsmiləşdi
Azərbaycan klublarının Avropada 500-cu qolu
"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"lını transfer etdi
"Real" yeni transfer üçün razılaşdı
Dünya çempionu "Roma"dan bu kluba keçdi
Arda Turandan əla rəsmi debüt - Video
“Tottenhem”dən yeni transfer
Konfrans Liqasında gecənin nəticələri
Avroliqada yeni mövsüm başladı
"Sabah" - "Çelye" oyunundakı 5 qol - Video
"Atletik"in oyunçusu futboldan kənarlaşdırıldı
"Bizə daha çox güvənin" - Valdas Dambrauskas
"Hazırda cütün ən güclüsü bizik" - "Çelye"nin baş məşqçisi
"Sabah" "Çelye"yə məğlub oldu
"Qarabağ"da növbəti ayrılıq - Bu kluba keçdi