Portuqaliya millisinin canlı əfsanəsi Luiş Fiqo bu mövsüm "Qızıl top" mükafatına namizəd futbolçusunun adını açıqlayıb.
Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, Fiqo bu mükafata həmyerlisi "Real" (Madrid) klubunun ulduzu Kriştiano Ronaldonu layiq görüb:
"Ronaldo ötən mövsümü əla keçirdi. İstər yığmada, istərsə də klubunda yaxşı oynadı. Buna görə də "Qızıl top" mükafatının məhz Ronaldoya verilməsinin tərəfdarıyam. O, bu mükafatı haqq etdi. Ancaq burada hər şey 100 nəfərin verəcəyi səsdən asılı olacaq. Mən şəxsən bu mükafata Ronaldonu layiq görürəm".
Qeyd edək ki, Ronaldo ötən mövsüm keçirdiyi 144 oyunda 146 qola imza atıb.
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!