“İnter”ə qarşı əsgər oynayıb

“İnter”ə qarşı əsgər oynayıb
XƏBƏR 19 İyul 2012 / 23:42 2677
-  A +

Bu gün Avroliqanın ikinci təsnifat mərhələsi çərçivəsində “İnter”ə qarşı “Asteras”ın heyətində əsgər futbolçu oynayıb.

Qol.Az-ın məlumatına görə, rəqibin müdafiəçisi Kristos Pipinis hazırda hərbi xidmətdədir.

“Asteras Tripolis”in baş məşqçisi Sakis Çiolis məsələylə bağlı bunları deyib:

“Bəli, Pipinis hazırda əsgərdir və o hərbi xidmətini davam etdirir. Bu səbəbdən futbolçu komandamızın düşərgəsinə gec qoşuldu. Yunanıstan qanunlarında bununla bağlı problem yoxdur. Bu cür ümummilli məsələrdə idmançıların əsgərlikdən müvəqqəti buraxılmasına icazə verilir”.

 


 


Son xəbərlər
topaz banner