"Lex"in qapıçısı: "Xəzər Lənkəran" səfərdə bizə qol vura bilər"

"Lex"in qapıçısı: "Xəzər Lənkəran" səfərdə bizə qol vura bilər"
XƏBƏR 19 İyul 2012 / 23:03 2690
-  A +

“Biz bura gələndə bilirdik ki, komandamız üçün çətin olacaq. Qapımızda erkən qol gördük. Bu, bizim üçün pis oldu. Buna baxmayaraq, tezliklə toparlandıq və rəqibə cavab verdik”.

Qol.Az-ın müxbirilə söhbətində bu sözləri "Xəzər Lənkəran"la oyundan sonra (1:1) “Lex” klubunun qapıçısı Kris Katarovski deyib.

Polşalı qapıçı bildirib ki, səfərdə vurduqları qol onların xeyrinə olacaq:

“Əslində arxayınlaşmaq olmaz. Çünki rəqib də bizə öz meydanımızda qol vura bilər. Razıyam ki, üstünlük bizim tərəfimizdədir. Amma hələ bu oyun üçün heç nə bitməyib. Cavab qarşılaşmasında istənilən halda qələbə qazanmalıyıq. Bizim hədəfimiz Avroliqanın qrup mərhələsinə vəsiqə əldə etməkdir”.

Son xəbərlər