Son İtaliya çempionu "Yuventus" klubu növbəti transfer hədəfini açıqlayıb.
Qol.Az-ın "Marca"ya istinadən verdiyi məlumata görə, Turin təmsilçisi "Real" (Madrid) klubunun hücumçusu Qonzalo İquaini heyətinə qatmağı planlaşdırır.
"Yuventus" rəhbərliyi argentinalı futbolçunun transferi üçün "Real"a 45 milyon avro ödəməyə hazırdır. Lakin "Real"ın baş məşqçisi Joze Mourinyo İquani komandada saxlamaq niyyətindədir. 24 yaşlı futbolçu da "Yuventus"un ilinə 7 milyon avroluq təklifini rədd edib. İquain yeni mövsümdə də "Real"ın şərəfini qorumaq istədiyini bildirib.
Qeyd edək ki, "Yuventus" klubu "Arsenal"dan Robin Van Persi, "Fiorentina"dan isə Stevan Yovetiçlə də yaxından maraqlanır.
Alleqri cəzalandırıldı
Yamal "Barselona"nın ÇL matçını da buraxacaq
"Liverpul"la "Mançester Siti" onu hədəflədilər
"Qarabağ" "Benfika" ilə oyuna bu heyətlə çıxır
Millimiz Moldovaya qalib gəldi
"Göygöl"dən qələbə, "Qaradağ Lökbatan"dan darmadağın
Məşqçisi olduğu ən yaxşı futbolçuları açıqladı
“Barselona” bəyanat yaydı