UEFA 2011/12 mövsümündə “Avropanın ən yaxşı futbolçusu” mükafatına namizədlərin adlarını açıqlayıb. Siyahıda 32 nəfər yer alır.
Qol.Az-ın məlumatına görə, rəsmən “UEFA Best Player in Europe” adlanan mükafat üçün keçirilən sorğuda UEFA üzvü olan 53 ölkənin hər birindən bir media nümayəndəsi iştirak edib. İyunun 20-də start götürən və iyulun 4-nə kimi davam edən ilkin mərhələdə respondentlər ən yaxşı saydıqları 5 futbolçuya səs veriblər və anketlərdə 1-ci göstərilən 5 xal, 2-ci göstərilən 4 xal, 3-cü göstərilən 3 xal, 4-cü göstərilən 2 xal, 5-ci göstərilən isə 1 xal qazanıb.
Sorğuya qatılanlar Avropa klublarında oynayan istənilən qitənin nümayəndəsinə səs verə bilirlər. İlkin mərhələdə hamıdan çox səs toplayan və UEFA-nın mükafatı uğrunda mübarizəni davam etdirəcək 3 futbolçunun adı avqustun 14-də açıqlanacaq.
Səsvermənin həlledici mərhələsi avqustun 30-da Monakoda keçiriləcək. Burada media nümayəndələri xüsusi elektron sistemlə 3 namizəddən birini seçərək mükafatın yeni sahibini müəyyənləşdirəcəklər. Sorğunun qaydalarına görə, iki nəfər eyni sayda səs toplasa, məhz onların iştirakı ilə yenidən səsvermə keçiriləcək.
UEFA-nın Avropanın ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün keçirdiyi sorğuda Azərbaycanı Rasim Mövsümov təmsil edir. O, ilkin mərhələdə səs verdiyi futbolçuların adlarını açıqlayıb:
1. Kriştianu Ronaldo (Portuqaliya, “Real”)
2. Andres İnyesta (İspaniya, “Barselona”)
3. Lionel Messi (Argentina, “Barselona”)
4. Radamel Falkao (Kolumbiya, “Atletiko”)
5. Andrea Pirlo (İtaliya, “Yuventus”).
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi