“Lex” ciddi maliyyə problemi ilə üzləşib

XƏBƏR 19 İyul 2012 / 15:26 3217
-  A +

Avropa Liqasının ikinci təsnifat mərhələsində “Xəzər Lənkəran”ın rəqibi olan “Lex” hazırda ciddi maliyyə problemi yaşayır.

Qol.Az-ın Polşa mətbuatına istinadən yaydığı xəbərə görə, iyunun 30-da Poznan klubunun sponsoruyla müqaviləsi başa çatıb. Hazırda komandanı heç bir şirkət himayə etmir. Son mövsümdə komandanın gəliri də çox az olub.

Qeyd edək ki, maliyyə problemi səbəbindən “Lex” son mövsüm bitəndən sonra aparıcı futbolçusu olan Artem Rundnievanı satıb, Semir Stiliç, Qjeqoj Vojtkoviak, Marçin Kikut və Dmitri İnjas isə komandanı tərk edib.


Son xəbərlər