Dünən Bakıda keçirilən Çempionlar Liqasının II təsnifat mərhələsinin “Neftçi”-“Zestafoni” matçını izləmək üçün ölkəmizə gələn Gürcüstanın “Sport Arena” qəzetinin aparıcı müxbiri Aliko Qoqauradze Qol.Az-a müsahibə verib.
- İlk dəfədir Azərbaycana gəlirsiniz?
- (gülür) Xeyr, artıq beşinci dəfədir.
- Daha əvvəl hansı oyunlara gəlmisiniz?
- Milli komandamız burada olanda gəlmişəm. Bundan başqa, 2006-cı ildə Bakı”-“Sioni” matçını da stadiondan izləmişdim.
- Həmin vaxt “Sioni”nin baş məşqçisi Kaxaber Sxadadze idi. Həmin komanda ilə “Zestafoni”ni müqayisə eləmək olar?
- Məncə, bunlar fərqli-fərqli komandalar idi. “Sioni” tamam fərqli idi, “Zestafoni” isə tamam fərqli komandadır.
- “Neftçi”-“Zestafoni” matçı haqqında ne deyə bilərsiniz, niyə bu cür hesabla uduzdunuz?
- Komandanın oyunu alınmadı. Ard-arda gələn qollar da futbolçularda əlavə psixoloji gərginlik yaratdı. Bir sözlə, çox bərbad oynadıq.
- Kaxaber Sxadadzenin “İnter”dəki fəaliyyətini necə qiymətləndirirsiniz?
- “İnter”in keçirdiyi son oyundan xəbərim var. “Trans”ı darmadağın edərək, növbəti mərhələyə keçdilər. Ümumiyyətlə, Kaxa orada çox yaxşı komanda yaradıb. Düşünürəm ki, növbəti mərhələni də keçə biləcəklər.
- Bəs, “İnter”in heyətində oynayan gürcüləri tanıyırsınız?
- Baçana Sxadadze, İlie Kandelaki, Georgi Lomaya və Georgi Adamiyanını tanıyıram. Bilirəm ki, “İnter”in aparıcı futbolçularıdı.
- Kaxaber Sxadadzeni Gürcüstan millisinin baş məşqçi postunda görmək istərdiniz?
- Şəxsən mənim fikrimi soruşursunuza, istərdim. Amma burada Kaxanın öz istəyindən də çox şey aslıdır. Gərək, o, özü də bunu istəsin. Əlbəttə, Kaxanın belə şansı var. Amma mən konkret deyə bilmərəm. O, bizdə yaxşı kapitan kimi xatırlanır. Kaxa həm güclü futbolçu, həm də millinin sabiq lideilərindən olub.
Anar XANLAROV
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi