“Neftçi”nin prezidenti Sadıq Sadıqov Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində “Zestafoni” üzərində qazanılan 3:0-lıq qələbədən sonra yerli jurnalistlərə müsahibə verib.
- Öncə klub prezidenti kimi oyuna münasibət bildirərdiniz...
- İlk öncə, sizin hamınıza öz minnətdarlığımı bildirirəm. Çünki azarkeşlərin stadiona gəlməsində jurnalistlərin də böyük rolu oldu. Stadionda həqiqətən anşlaq yaşandı. Baxmayaraq ki, yollarla bağlı bəzi problemlər oldu, tıxsaclar nəticəsində azarkeşlər oyuna gecikdilər, amma bununla belə, bizə böyük dəstək oldular. Az öncə qeyd etdiyim kimi, bu dəstəkdə sizin də böyük əməyiniz oldu, saytlarda, qəzetlərdə öz yazılarınızla azarkeşləri stadiona dəvət etdiniz.
- Artıq demək olar, “Neftçi” növbəti mərhələ məsələsini həll elədi?
- Yox, hələ onu demək olmaz. Çünki hələ bizi qarşıda daha bir çətin oyun gözləyir və həmin oyuna çox ciddi hazırlsşacağıq, buna vaxtımız da var. Bildiyiniz kimi, komandaya 7 yeni oyunçu gəlib. Onların eləsi var ki, bu gün ikinci, üçüncü dəfədir “Neftçi”nin formasında meydançaya çıxırdı. Hələ komanda tam olaraq, bir-birinə uyğunlaşmayılb. Yəqin ki, gələcək oyunlarda bunu da görəcəyik. Çalışacağıq ki, uğurlu çıxışımızla Azərbaycan xalqını sevindirək.
- Bu cür hesab gözləyirdiniz?
- Xeyr. Yeri gəlmişkən, bu qələbəmizi baş məşqçimiz, hazırda xəstəxanada olan Böyükağa Hacıyevə həsr edirik. İnanıram ki, bu oyun onun şəfa tapmasında rol oynayacaq.
- Sizcə, “Neftçi” bu il qrup mərhələsinə düşə biləcək?
- Allahın qisməti.
- Bu mərhələni keçəcəyiniz halda yeni transferlərə ehtiyac görəcəksiniz?
- Xeyr, yeni transferə ehtiyac yoxdur. Sadəcə, bu komandaya bir qədər vaxt lazımdır ki, birlikdə oynayıb stabilləşsin. Hələ qarşıda “Zestafoni” ilə cavab qarşılaşmamız var. Bu mərhələni keçək, sonra digər məsələlər haqqında düşünərik. İndidən heç bir proqnoz vermək olmaz. Hər şeyi zaman göstərəcək.
- Yeni transferlərinizin oyununu necə dəyərləndirərdiniz?
- Yeni transferlərimizlə bağlı bütün məlumatları vermişik, hamısı səviyyəli oyunçulardı, öz ölkələrinin milli komandaılarının şərəfini qoruyurlar. Düzdür, bu gün (dünən - red.) Avstriyadakı toplanışda olduğu kimi oynamadılar, amma mən onlara inanıram.
- Bəs, onların içərisində ən çox bəyəndiyiniz hansı oldu?
- Gəlin, komandanı bir-birinə vurmayaq. Komanda olaraq oyundan razı qaldım, mənə ləzzət elədi.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi