"Simurq" Avstriyada məğlub oldu

"Simurq" Avstriyada məğlub oldu
XƏBƏR 18 İyul 2012 / 10:00 1598
-  A +

2012-2013-cü il mövsümünə hazırlıq çərçivəsində Avstriyada təlim-məşq toplanışında olan "Simurq" klubu ötən gün "Bişofsxofen" stadionunda "Əl-Əhli" klubu ilə yoldaşlıq görüşü keçirdib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda oyuna yaxşı başlasa da, sona qədər üstülüyünü qoruya bilməyib və 1:3 hesabı ilə məğlub olub. "Sarı-qaralar"ın yeganə qolunu qarşılaşmanın 2-ci dəqiqəsində hazırda baxışda olan bolqarıstanlı hücumçu Miroslav Antonov vurub.

Qeyd edək ki, "Simurq"un Avstriyadakı növbəti rəqibləri iyunun 20-də "Dinamo Drezden", 24-də "Lokomotiv Plovdiv" və 27-də "Kayserispor" olacaq.

Daha çox


Son xəbərlər