Sloveniyada hazırlıqlarını davam etdirən “Qəbələ” adıçəkilən ölkədə ikinci yoxlama oyununu keçirib.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Serbiya təmsilçisi FK “İndiya” ilə üz-üzə gələn komanda meydançaya aşağıdakı start heyətlə çıxıb:
Diego Koşta Silva, Vurğun Hüseynov (k), Nodar Məmmədov, Ürfan Abbasov, Muammer Erdoğdu, Bruno da Silva, Elmar Baxşıyev, Kamal Mirzəyev, Rövşən Əmiraslanov, Viktor Mendi, Amil Yunanov.
Görüşün ilk hissəsi tərəflərin qarşılıqlı hücumları ilə start götürüb. Tədricən üstünlüyü ələ keçirən serblər 12-ci dəqiqədə hesabı açıblar. Bu qoldan sonra hücumlarının kəsərini artıran “Qəbələ” ardıcıl bir neçə fərqlənmək imkanı yaxalıyıb. Lakin Mendinin qüvvətli zərbəsindən sonra qapı çatı, Amil Yunanovun zərbəsindən sonra qapıçı qola imkan verməyib. Əvəzində 26-cı dəqiqədə serblər fərqi 2 topa çatdırıblar.
İkinci hissəyə “Qəbələ” fərqli heyətlə çıxıb. Start heyətdən yalnız Ürfan Abbasov mübarizəni davam etdirib:
Elnar Kərimov, Deyan Kelhar, Murad Musayev, Şəhriyar Xəlilov, Ürfan Abbasov, Daniel Kruz, Yaşar Abuzərov, Rəşad Abdullayev, Rəşid Əmiraslanov, Aleksandr Çertoqanov (k), Yannik Kamanan.
İlk hissədən fərli olaraq “Qəbələ” ikinci 45 dəqiqəyə daha sürətli başlayıb. Hissənin əvvəlində Yannik Kamanan uzun keçiddən topu qapıya göndərsə də, qapı dirəyi qola mane olub. Ardınca Kamanan daha bir şansdan yararlana bilməyib. Matçın qalan dəqiqələrində hər iki tərəf bir neçə əlverişli imkan qazansa da, hesab dəyişməyib – 0:2. Beləliklə, “Qəbələ” Sloveniyada keçirdiyi ikinci matçdan da məğlubiyyətlə ayrılıb.
Xatırladaq ki, yüngül zədəsi olan Luis Hilario Dodo heyətdə yer almayıb.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi