Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçı çərçivəsində Bakıda “Neftçi”yə 0:3 hesabıyla uduzan Gürcüstan çempionu “Zestafoni”nin futbolçusu David Muciri Qol.Az-a müsahibə verib.
- Başlayaq oyunun dəyərləndirməsindən...
- Nə deyə bilərəm, çox pis oynadıq. Açığı özümüz də özümüzdən bu cür oyun gözləmirdik. Rəqib daha yaxşı oynadı və bizim səhvlərimizdən məharətlə istifadə elədi.
- “Neftçi” haqqında nə deyə bilərsən?
- Çox yaxşı, nizam-intizamlı komandadır. Müdafiədə çox səhvsiz oynadılar.
- Səncə, onları növbəti mərhələdə hesab etmək olar?
- Hələ qarşıdda bizi daha bir oyun, daha bir 90 dəqiqə gözləyir. Futbolda hər şey mümkündür və odur ki, gəlin qəti fikir söyləməyə tələsməyək. Çalışacağıq ki, evdə daha yaxşı oynayaq və bu məğlubiyyətin əvəzini çıxaq. Əgər bunu bacarmasaq, o zaman “Neftçi”ni təbrik edib növbəti oyunlarda onlara uğurlar arzulayacam.
- Bu günkü matçın süni örtüklü meydançada keçirilməsi oyununuza təsir etdi?
- Düzdür, biz süni örtüklü meydançada oynamağa öyrəşməmişik. Ancaq bugünkü oyunda buraxdığımız səhvlərin səbəbini süni örtükdə axtarmaq düzgün olmazdı.
- Yeri gəlmişkən, komandanızın kapitanı Tornike Aptsiauri bildirib ki, siz bu gün uşaq səhvləri buraxdınız. Onun bu fikri ilə razısan?
- Həqiqətən də çox kobud səhvlər buraxdıq. Uşaq, ya böyük, fərqi yoxdur. Bu cür oyunlarda səhvləri bağışlamırlar. Yenə deyirəm cavab oyununda çox çətin olacaq, amma biz çalışacağıq ki, öz oyunumuzu ortaya qoya bilək.
Anar XANLAROV
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi