Sadıq Sadıqov: «1:0 və ya 2:1 hesablı qələbə gözləyirdim»

Sadıq Sadıqov: «1:0 və ya 2:1 hesablı qələbə gözləyirdim»
XƏBƏR 18 İyul 2012 / 00:02 2660
-  A +

«Neftçi»nin prezidenti Sadıq Sadıqov komandasının bu gün Çempionlar Liqasında Gürcüstan «Zestafoni» üzərindəki qələbəsinə (3:0) münasibət bildirib.

Qol.Az-ın müxbiri ilə söhbətində o deyib ki, belə böyükhesablı qələbə gözləmirmiş: «Mən qələbəyə inanırdım. Düşünürdüm ki, ya 1:0, ya da 2:1 hesablı qələbə qazanarıq».

S.Sadıqov cütün taleyinin hələ həll olunmadığını, hər şeyə cavab qarşılaşmasında aydınlıq gələcəyini söyləyib.


Son xəbərlər