Sabah Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda “Neftçi” ilə qarşılacaq Gürcürstanın “Zestafoni” klubunun baş məşqçisi Georgi Çiaberaşvili mətbuat konfransı keçirib.
Qol.Az-ın məlumatına görə, o, matça yaxşı hazırlaşdıqlarını, bu məqsədlə xaricdə təlim-məşq toplanışında olduqlarını bildirib: “Bakıya sərfəli nəticə üçün gəlmişik. “Neftçi”ni ciddi öyrənmişik. Çox güclü komandadır. Səviyyəli legionerləri var. Komandanın yeni futbolçuları barədə məlumat toplamışıq. Hesab edirəm ki, “Neftçi”nin ən təhlükəli futbolçuları Flavinyo və Cavid İmamverdiyevdir”.
“Neftçi”nin məşqçisi Tərlan Əhmədovun cütün taleyini ilk oyunda həll etmək istəmələri barədə suala cavab olaraq gürcü məşqçi deyib: “Bu, çox çətindir. Çünki indi Çempionlar Liqasında zəif rəqib yoxdur”.
Oyunun keçiriləcəyi “Dalğa Arena”nın süni meydançasının yaradacağı mümkün problemlər haqda suala cavab olaraq o bildirib: “Biz belə meydançalarda oynamağı xoşlamırıq. Biliirik ki, “Neftçi” də təbii meydançada çıxış edir. Odur ki, süni meydança hər iki komanda üçün problem yaradacaq. Komandaların şansı 50-50-yədir. Amma məqsədimiz mərhələ adlamaqdır”.
Hazırda “Kəpəz”də oynayan, ötən il isə “Zestafoni”də çıxış etmiş Qoqa Berayanın onlara “Neftçi” haqda informasiya ötürməsilə bağlı suala cavabında gürcüstanlı mütəxəssis bildirib: “Bizim onun köməyinə ehtiyacımız yoxdur. “Neftçi” haqda lazımı bütün informasiyaları toplamışıq. Bu gün hansısa komanda haqda məlumat əldə etmək üçün internet var. Odur ki, Berayanın bizə kömək etməsi haqda xəbərlər yanlışdır”.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik