“Neftçi” – “Zestafoni”oyununda böyük futbolla vidalaşma

XƏBƏR 16 İyul 2012 / 16:04 3110
-  A +

Sabah Çempionlar Liqasının “Neftçi” – “Zestafoni” oyunundan əvvəl uzun illər paytaxt klubunun şərəfini qorumuş Samir Əliyev futbolçu karyerasına rəsmən son qoyacaq.

“Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentindən Qol.Az-a verilən məlumata görə, oyundan əvvəl topa ilk toxunuşu məhz Samir Əliyev edəcək və bununla da o, böyük futbolla vidalaşacaq.

Qeyd edək ki, bu məsələ artıq UEFA ilə razılaşdırılıb.


Son xəbərlər
09.07.25  13:19

"Kəpəz"də ayrılıq