“Qəbələ”nin baş məşqçisi Fatih Kavlak Sloveniyada baş tutan ilk yoxlama görüşündən – Çexiya təmsilçisi MFK Karvina ilə (0:1) qarşılaşmadan sonra fikirlərini bölüşüb.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, türkiyəli mütəxəssis hazırlıq matçından istədiklərini aldığını söyləyib:
"Sloveniyadakı ilk hazırlıq matçını arxada qoyduq. Bu qarşılaşmada məqsədimiz futbolçuların oyun tempinə uyğunlaşması prosesinə start vermək idi. Həm də futbolçuların birlikdə oynamasına, bir-birinə öyrəşməsinə ehtiyac var idi ki, sözügedən qarşılaşma bunun başlanğıcı oldu. Oyundan istədiklərimizi aldıq. Futbolçular verilən tapşırıqları yerinə yetirdilər. Amma müəyyən qüsurlar, çatışmazlıqlar da oldu. Belə yoxlama görüşlərini keçirməyimizdə məqsəd məhz bu qüsurları görmək və onları aradan qaldırmaqdır”.
Komandanın yaxşı fiziki durumda olduğunu deyən Kavlak heyətdəki futbolçuların, xüsusilə də yeni transferlərin onlardan gözlənən performansı ortaya qoyduğunu bildirib:
“Komandanın fiziki durumunu bəyəndim. Oyundan bir gün öncə və oyun günü ümumilikdə 3 məşqə çıxmışdıq. Komandadakı bütün futbolçular onlardan gözlədiyimiz performansı ortaya qoydular. Yeni futbolçular da komandaya qısa müddətdə uyğunlaşmaları ilə diqqət çəkdilər. Sanki uzun müddətdi “Qəbələ”də oynayırlar. Matçda bizi mənfi mənada təəccübləndirən hər hansı bir hadisə yaşanmadı. Hər şey istədiyimiz kimi davam və inkişaf edir”.
Baş məşqçi qarşıdakı yoxlama görüşlərində oyun tempinin getdikcə yüksələcəyini və bu matçlarda ideal heyəti müəyyənləşdirəcəklərini söyləyib:
“Qarşıdakı oyunlarda temp getdikcə yüksələcək. Taktiki-texniki tapşırıqlarımızı verib bir-biri ilə anlaşan, uyumlu hərəkət edən ideal heyətimizi müəyyənləşdirəcəyik. Getdikcə daha yaxşı oyun göstərib, daha yaxşı nəticələr əldə edəcəyik”.
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək
Ronaldonun 6-cı mundial hazırlığından - Video
Reqlament dəyişmədi, püşkün vaxtı dəqiqləşdi
İordaniya DÇ-2026 heyətini açıqladı
"10 nömrə" Bellinqemə həvalə olundu
"Sumqayıt"dan ayrılan futbolçu Qazaxıstan klubunda
“Ayaks”ın yeni baş məşqçisi müəyyənləşdi
Dante "Bavariya"da məşqçi təyin edildi
Domeniko Tedeskonun yeni klubu - Rəsmi
"Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
Milli Avstriya toplanışına başladı - Şəkillər
Cavid İmamverdiyevin yeni klubu müəyyənləşdi
Özbəkistan millisi DÇ-2026-ya bu 26 nəfərlik heyətlə gedir
Kurtua yetirməsi olduğu kluba investor kimi qayıtdı
Türkiyə millisinin DÇ-2026 üçün yekun heyəti açıqlandı
Azər Bağırov rəsmən "Şamaxı"da
"Sabah"ın futbolçusu DÇ-2026 heyətinə daxil edilmədi
"Qəbələ" daha iki futbolçu ilə yolları ayırdı
Finalda penaltini vura bilmədi - Forma satışı 350 faiz artdı
DÇ-2026 öncəsi xüsusi əməliyyat - Video
"Real"a yeni ulduzlar gələcək
Azərbaycan millisi Qazaxıstana belə qalib gəldi - Video
Slot istefa qərarı gözləmirmiş
“O üç futbolçunun oyunundan razıyam” - Montella
Ərəblər Konseysaunu istefaya göndərdi
Modriç 5-ci dünya çempionatına gedir!
Özbəkistan millisindən mundial öncəsi ilk yoxlama oyunu
“Çexiya ilə oyun erkən final olacaq” - Elşad Quliyev
Azərbaycan millisi 1/4 finalda - Avropa çempionatı
Yankoviçdən məhsuldar ötürmə, Monteneqrodan qələbə - Video
“Monako” baş məşqçini göndərdi
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?