Raul "Real"dan ayrılmasının səbəbini açıqladı

Raul "Real"dan ayrılmasının səbəbini açıqladı
XƏBƏR 16 İyul 2012 / 00:01 2746
-  A +

"Real" (Madrid) klubunun sabiq futbolçusu Raul Qonzales yenidən keçmiş komandası haqda danışıb.

Qol.Az-ın məlumatına görə, hazırda formasını geyindiyi "Əl Sədd" klubunun rəsmi saytına danışan Raul "Real"dan pis ayrılmadığını bildirib:

"Real"da karyeramın ən gözəl günlərini keçirdim və bu komandanın ayrılmaz bir parçası oldum. "Şalke"yə keçidim isə mənim şəxsi seçimim idi. Artıq yeni bir macəra axtarırdım ki, bunu da Almaniyada tapdım. Lakin "Real"dan heç də pis ayrılmadım. Rəhbərliklə görüşdüm və qərarımı verdim. Bununla belə, hər zaman "Real"lı olaraq qalacağam".

Qeyd edək ki, 1994-2010-cu illərdə "Real"ın şərəfini qoruyan Raul keçirdiyi 550 oyunda 228 qola imza atıb.

Daha çox


Son xəbərlər