"İnter" "Asteras Tripolis"lə oyunun hazırlığına başladı

"İnter" "Asteras Tripolis"lə oyunun hazırlığına başladı
XƏBƏR 14 İyul 2012 / 18:51 1849
-  A +

Avropa Liqasının I təsnifat mərhələsində "Trans" komandasını üstələməklə növbəti mərhələyə vəsiqə qazanan "İnter" klubu bir günlük istirahət edib.
 
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda bu gündən etibarən "Asteras Tripolis"lə oyunun hazırlığına start verib.

Kaxaber Sxadadzenin komandası məşq prosesini "Şəfa" stadionunun trenajor zalında açıb. Sabah isə "İnter" "Dalğa Arena" stadionunda ikinci məşqinə çıxacaq.

Qeyd edək ki, "İnter" - "Asteras Tripolis" matçı iyulun 19-da baş tutacaq. Görüş saat 21:00-da başlayacaq. Qarşılaşmanın baş hakimi isə danimarkalı Lars Kristoffersen olacaq.

Daha çox


Son xəbərlər