“Bu ilki avrokubok oyunlarından hələki narazılıq yoxdur. Düzdür “Bakı” klubunda müəyyən anlaşılmazlıq oldu. Gözləmirdik ki, “Bakı” məğlub olar. Ancaq bu futboldur və futbolda hər şey ola bilər".
Qol.Az-ın məlumatına görə, bu sözləri PFL-in prezidenti Ramin Musayev deyib.
Klublarımızın Avrokuboklardakı çıxışlarını dəyərləndirən R.Musayev bu haqda belə danışıb: "Bəzən gözlənilmədən köklü bir komandanı adi bir klub udur. “Bakı”nın mərhələ adlamamasının birinci səbəbkarı Bakıda olan oyundakı hakimin qeyri-peşəkar qərarları oldu. Ancaq mən inanıram ki, “Bakı” Premyer Liqada özünü daha yaxşı göstərəcək. Çünki yeni gələn futbolçular hələ komandaya tam alışmayıblar. Bu özünü “Bakı”nın son oyununda da göstərdi.
“İnter” də çox gözəl oyun nümayiş etdirdi. Çoxları inanmırdı ki, “Xəzər Lənkəran” növbəti mərhələyə keçəcək. Ancaq mən əmin idim ki, “Xəzər Lənkəran” mərhələ adlayacaq. Çünki komandanın həm transferləri ilə, həm də baş məşqçisi ilə maraqlanırdıq və ən əsası klubun rəhbəri Mübariz müəllimin komanda ilə bir yerdə olması, mənə elə gəlir ki, futbolçulara əlavə bir güc verdi və “Xəzər Lənkəran” qələbə qazandı. İnanıram ki, iyulun 17-də “Neftçi” də öz azarkeşlərini sevindirəcək. Hər üç klubumuza növbəti mərhələlərdə Avrokuboklarda və eyni zamanda növbəti çempionatda iştirak edən bütün komandalarımıza da uğurlar arzulayıram.
Peşəkar Futbol Liqasının prezidenti olaraq hər birinizin qarşınızda söz verirəm ki, heç bir haqsızlığa yol verilə bilməz. Ötən çempionatda da şahidi oldunuz ki, haqsız olan hakimlər uzaqlaşdırıldı. Peşəkar Futbol Liqasının fəaliyyətdə olduğu dörd ildə Premyer Liqadan uzaqlaşdırılan hakimlərin sayı keçmiş 16 ildə olmamışdır. Bizim istədiyimiz odur ki, heç kəsin haqqı tapdalanmasın. Bundan sonra da çalışacağıq ki, daha da düzgünlük olsun. Sponsorlar qarşısında özünə bəraət qazandırmaq üçün bəzi baş məşqçilər, futbolçular hakimləri günahlandırırlar".
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik