17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam imzalayıb.
Sərancamla prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb:
1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasında keçiriləcək 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin təşkili və keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn xarici dövlətlərin vətəndaşları və həmin dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.
2. Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilsin:
2.1. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən verilmiş rəsmi dəvət məktubu;
2.2 Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənəd;
2.3. 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin oyunlarına bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.
3. Bu Sərəncamın 1-ci hissəsində göstərilən şəxslər viza almaq üçün aşağıdakı müddətlərdə müraciət edə bilərlər:
3.1. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən verilmiş rəsmi dəvət məktubu əsasında gələn şəxslər, habelə təşkilati məsələlərlə əlaqədar gələn və Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş şəxslər - 2012-ci il avqustun 15-dən oktyabrın 15-dək;
3.2. 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsində iştirak edən komandaların üzvləri və nümayəndə heyətləri - 2012-ci il sentyabrın 1-dən oktyabrın 15-dək;
3.3. Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş jurnalistlər, habelə 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin oyunlarına bilet əldə etmiş şəxslər - 2012-ci il sentyabrın 10-dan oktyabrın 15-dək.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi işinin təşkili ilə bağlı maddi-texniki təminat məsələlərini həll etsinlər.
5. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:
5.1. 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat versin;
5.2. 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumatın Nazirliyin, habelə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etsin.
6. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə məlumat versin.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik