Portuqaliyanın Montemor-o-Velyo şəhərində yeniyetmələr və 23 yaşadək kayakçılar və kanoeçilər arasında keçirilən Avropa çempionatında 200 metr məsafəyə seçmə yürüşlərə start verilib.
Qol.Az-ın məlumatına görə, 23 yaşadək kanoeçilərin mübarizəsinə qatılan Azərbaycan təmsilçisi Andrey Kraytor ən qısa məsafədə də finala yüksəlib.
Kraytor 1 nəfərlik qayıqla (C-1) seçmə yürüşdə hamını qabaqlayaraq, 41,722 saniyə nəticə ilə finişə birinci çatıb. Ən yaxın izləyicisi Kirill Şamşurin ondan 0,870 saniyə geri qalıb. Daha öncə 500 metr məsafəyə yürüşdə əsas finala yüksəlmiş 20 yaşlı kanoeçimiz 200 metr məsafədə də həlledici mərhələdə iştirak hüququ qazanıb. Ən qısa məsafəyə final yürüşü iyulun 15-də Bakı vaxtı ilə saat 21:22-də baş tutacaq.
Digər təmsilçilərimizə gəldikdə, 23 yaşadək kanoeçilərin mübarizəsində Mirnazim Cavadov 1 nəfərlik qayıqla (K-1) seçmə yürüşdə 38,948 saniyə nəticə ilə 5-ci yeri tutub. O, iyulun 14-də saat 21:00-da yarımfinal yürüşünə qatılacaq.
Yeniyetmələrin yarışında kanoeçimiz Mikita Sablin 1 nəfərlik qayıqla (C-1) seçmə yürüşdə 47,140 saniyə nəticə ilə 6-cı yeri tutub. Sablin iyulun 14-də saat 20:45-də yarımfinal yürüşündə çıxış edəcək.
Kayakçımız Tamerlan Mustafayev 1 nəfərlik qayıqla (C-1) seçmə yürüşdə finişə 40,958 saniyəyə 4-cü çatıb. O, iyulun 14-də saat 20:30-da yarımfinal yürüşündə iştirak edəcək.
2 nəfərlik kayak qayığı (K-2) ilə çıxış edən Amil Hüseynli – Aleksandr Piçugin dueti seçmə yürüşdə 38,084 saniyə nəticə ilə 7-ci olub. Onlar iyulun 14-də saat 21:45-də yarımfinal yürüşündə qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, 23 yaşadək kanoeçilərin mübarizəsində 200 metr və 500 metr məsafələrə yürüşlərdə əsas finala yüksələn Andrey Kraytordan əlavə, yeniyetmə kanoeçimiz Aleksey Kupin də 500 metr məsafəyə final yürüşündə iştirak hüququna yiyələnib. Kupin iyulun 15-də saat 13:39-da, Kraytor isə saat 17:09-da 500 metr məsafəyə həlledici yürüşdə çıxış edəcək. Beləliklə, Avropa çempionatında Azərbaycan milli komandasının ən azı 3 medal qazanma şansı yaranıb.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik