"Neftçi"nin rəqibi Bakıda tək qalmayacaq

XƏBƏR 14 İyul 2012 / 13:35 2349
-  A +

Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 17-də Bakıda "Neftçi"nin qonağı olacaq Gürcüstanın "Zestafoni" klubu ölkəmizdə tək qalmayacaq.

Qol.Az-ın məlumatına görə, "Zestafoni" klubunu dəstəkləmək üçün Gürcüstandan Bakıya 300 azarkeşin gələcəyi gözlənilir.

Qeyd edək ki, "Dalğa Arena"da baş tutacaq "Neftçi" - Zestafoni" matçı iyulun 17-də saat 21:00-da başlayacaq.

Daha çox


Son xəbərlər