UEFA FİFA-nın ardınca getmək və topun qapını keçdiyini müəyyənləşdirən texnologiyanı tətbiq etmək niyyətində deyil.
Avropa futbol qurumu hələ də genişləndirilmiş hakimlər briqadasından yararlanmağı daha məqsədəuyğun sayır.
UEFA qapılar arxasında əlavə hakimlərdən istifadə siyasətinə yekdilliklə səs verib. Bu təşkilat belə hesab edir ki, son illər aparılan bu eksperiment uğurlu alınıb.
FİFA yeni texnologiyanın 2013-2014-cü il mövsümündən tətbiq olunacağını bəyan edib. Ali futbol qurumunun prezidenti Yozef Blatterin bu təşəbbüsünə İngiltərə Premyer Liqası və Almaniya Bundesliqasından da dəstək gəlib. UEFA prezidenti Mişel Platini isə digər siyasətdə israrlı olmağı qərara alıb. Onun fikrincə, qapıdan topun keçməsinə dair qərarın düzgünlüyü və ya yanlışlığı insan amilinə bağlı olmalıdır.
Qeyd edək ki, 6 hakimlik sistem ilk dəfə 19 yaşlılar arasında 2010-cu il Avropa çempionatının seçmə tsiklində sınaqdan çıxarılıb. Bu sistem, həmçinin son iki mövsümdə isə Çempionlar Liqası, Avropa Liqası və 2012-ci il Avropa çempionatında tətbiq olunub. Qitə çempionatında macarıstanlı baş hakim Viktor Kaşşainin rəhbərlik etdiyi hakimlər briqadasının İngiltərə - Ukrayna matçındakı kobud səhvinə baxmayaraq, UEFA qapılar arxasında hakimlər qoyma eksperimentini uğurlu sayıb. Həmin oyunda ukraynalı hücumçu Marko Deviçin zərbəsindən sonra top qapı xəttinin içərisindən qaytarılsa da, qol sayılmayıb (Lent.az).
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik