Ölkəmizi Avropa Liqasında təmsil edən Bakının “İnter” klubu İsveçrə yığmasının və “Sürix”in futbolçusu Haynz Barmettleri heyətinə qatıb.
Bu haqda Qol.Az-a açıqlamasında “bankirlər”in baş meneceri Səbuhi Səfiyarlı məlumat verib.
Onun sözlərinə görə, futbolçu ilə artıq 2 illik müqavilə bağlanıb və o sabah Bakıda olmalıdır: “Hazırda futbolçu sənədlərini qaydasına salmaqla məşğuldur. Hər şey qaydasında olsa, Haynz sabah Bakıda olacaq və məşqlərə qoşulacaq”.
Səfiyarlının sözlərinə görə, yeni transferin Avropa Liqasının II təsnifat mərhələsində Yunanıstanın “Asteras” klubuna qarşı ilk matçda meydançaya çıxıb-çıxmayacağı hələlik dəqiq bilinmir: “Çalışırıq ki, onun adını iştirak ərizəsinə daxil edək. Ancaq bunun üçün futbolçu lazım olan sənədləri vaxtında bizə çatdırmalıdır. Çatdıra bilsə, adını UEFA-ya göndərəcəyik və “Asteras”la oyunda meydançaya çıxacaq".
Qeyd edək ki, 1,82 metr boya malik futbolçunun 25 yaşı var. O, “Sürix”in heyətində 2006-cı ildən bu yana 64 oyun keçirib. Müdafiəçi 21 yaşlılardan ibarət yığmada 9, əsas millidə isə 1 matçda forma geyinib.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik