“Neftçi” Gürcüstanda dəstəksiz qalmayacaq

“Neftçi” Gürcüstanda dəstəksiz qalmayacaq
XƏBƏR 13 İyul 2012 / 17:15 1971
-  A +

İyulun 24-də Gürcüstanda Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda yerli “Zestafoni” ilə üz-üzə gələcək “Neftçi” dəstəksiz qalmayacaq.

Qol.Az-ın əldə etdiyi məlumata görə, “Sector 11” Azad Azarkeş qrupu Azərbaycan çempionunu səfərdə yalnız qoymayacaq. Belə ki, qrup üzvləri öz hesablarına Gürcüstana gedib “Neftçi”ni dəstəkləməyə qərar veriblər. Artıq 46 nəfərin Zestafoniyə gedəcəyi rəsmən təsdiqlənib. Ancaq ehtimal var ki, gedənlərin sayı daha çox olduğundan əlavə bir avtobusa da ehtiyac yaransın.

Qeyd edək ki, “Sector 11” konkret hansısa bir klubumuza azarkeş eləmir. Onlar istər millinin, istərsə də klublarımızın beynəlxalq oyunlarında stadiondan futbolçularımızı dəstəkləyirlər.

Daha çox


Son xəbərlər