Kaka yenidən İtaliya A Seriyasına doğru

Kaka yenidən İtaliya A Seriyasına doğru
XƏBƏR 13 İyul 2012 / 15:19 2611
-  A +

"Real" (Madrid) klubunun futbolçusu Kakanın yenidən İtaliyaya qayıdacağı iddia olunur.

Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, 30 yaşlı futbolçu "Napoli" klubu ilə danışıqlar aparır.

"Real"ın əsas heyətindən kənarda qalan braziliyalı futbolçunun da Madriddən ayrılmaq istədiyi bildirilir. Lakin "Real"ın Kakanın transferi üçün "Napoli"dən 25 milyon avro tələb etməsi Neapol təmsilçisinin işini çətinə salır.

Qeyd edək ki, 2003-2009-cu illərdə "Milan"ın şərəfini qoruyan Kaka "Napoli" ilə anlaşacağı təqdirdə yenidən A Seriyasında çıxış edəcək. 

Daha çox


Son xəbərlər