"Xəzər Lənkəran" və "İnter"in səfər oyunlarının başlama saatı açıqlandı

"Xəzər Lənkəran" və "İnter"in səfər oyunlarının başlama saatı açıqlandı
XƏBƏR 13 İyul 2012 / 13:21 2688
-  A +

Avropa Liqasının II təsnifat mərhələsində iştirak etmək hüququ qazanan "Xəzər Lənkəran" və "İnter"in səfər oyunlarının başlama saatı açıqlanıb.

Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulunun 26-da Poznan şəhərində baş tutacaq "Lex" - "Xəzər Lənkəran" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Yunanıstanın Tripolis şəhərində keçiriləcək "Asteras Tripolis" - "İnter" matçının final fiti Bakı vaxtı ilə saat 22:00-da veriləcək.

Qeyd edək ki, bu komandalar arasında ilk görüş iyulun 19-da keçiriləcək.

Daha çox


Son xəbərlər